Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Albaniyanın "Partizani" klubunun qonağı olacaq.
Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu sabah Bakı vaxtı ilə 19:30-da "Partizani" ilə qarşılaşmanın keçiriləcəyi Tiranadakı "Selman Stermazi" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
Baş məşqçi Qurban Qurbanov isə son məşqdən 15 dəqiqə öncə media nümayəndələrinin önünə çıxacaq.
İyulun 10-da keçiriləcək "Partizani" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 19:30-da baş tutacaq.
saytlarin hazirlanmasi