“Sabah” FK heyətini iki yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, gənc futbolçular Anar Panayev və Abbas Ağazadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaqlar.
Abbas Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Anar Panayev də yarımmüdafiəçidir. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.
Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.