"Zirə" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, qəsəbə klubunun kapitanı Cavid Hüseynov sıradan çıxıb. 31 yaşlı yarımmüdafiəçinin "Sabah"la yoxlama oyunundan sonra ayaq barmağında sınıq aşkarlanıb. Bu səbəbdən Hüseynov bir müddət məşq etməyəcək.
Cavid Hüseynov yay transfer dönəmində "Qəbələ"dən ayrılaraq, "Zirə"yə keçib.
saytlarin hazirlanmasi