Ansi Aqolli: "Partizani" "Qarabağ"ın gücünə bələddir"

20:20 - 9 İyul 2019

"Qarabağ"ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli "TV Klan"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ABŞ-ın "Nyu-York Kosmos" klubunda oynayan 36 yaşlı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"İlk oyunda hər iki komanda ehtiyatlı oyuna üstünlük verəcək. Məncə, maraqlı oyun olacaq. Çünki iki plkənin çempionları qarşılaşır. "Qarabağ"ın Avropada böyük təcrübəsi və uğuru var. "Partizani"nin mənim məsləhətimə ehtiyacı yoxdur. Onlar özləri də "Qarabağ"ın gücünə bələddir. Bu, hər hansı səhvin baha başa gələ biləcəyi ideal oyun olacaq".

 

Ansi Aqolli 2010-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

 

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.

 

Xəbər xətti