"Qəbələ" hücumçusu Ceyms Adeniyi ilə yolları ayırıb.
Nigeriyalı hücumçu karyerasını İsraildə davam edəcək. Yüksək liqada çıxış edən "Hapoel İroni" klubu Adeniyini rənglərinə bağladığını açıqlasa da, transferin detalları barədə məlumat verməyib.
Sportal.az saytının məlumatına görə, İsrail təmsilçisi 26 yaşlı forvardı bir illik icarəyə götürüb və bu keçid üçün 100 min avrosundan keçib. Gələn mövsümün sonunda isə Kiryat-Şmona klubu Adeniyini 200 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna sahibdir.
Ceyms bu gün tibbi müayinədən keçəcək və yeni klubuna qoşulacaq.
"Qəbələ" Adeniyini ötən il Albaniyanın "Skenderbeu" klubundan 350 min avroya transfer etmişdi. Müqavilənin şərtlərinə görə, növbəti satışdan "Skenderbeu"ya 20 faiz pay düşəcəkdi. Ancaq Ceyms icarəyə verildiyi üçün Albaniya klubuna ödəniş olmayıb.
Adeniyi ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 oyuna 12 qol vurub. Onun müqaviləsi 2021-ci ilin yayında bitəcək.
saytlarin hazirlanmasi