"Qarabağ"ın yay transfer dönəmində heyətinə qatdığı ispaniyalı futbolçu Xayme Romero komandada ilk rəsmi matçına çıxıb.
Sportal.az xəbər verir ki, ispaniyalı vinger ÇL-in I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniya "Partizani"si ilə görüşdə Ağdam klubunda rəsmi debüt edib. 28 yaşlı futbolçu ikinci hissədə Dani Kintananın əvəzinə meydana daxil olub.
"Qarabağ" Romeroyla üç illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi