Çempionlar Liqasının L təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la heç-heçə edən (0:0) "Partizani"nin baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb.
Sportal.az supersport.al-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasından razı qaldığını deyib:
- Fərdi şəkildə bizdən üstün olan komanda ilə qarşılaşmada futbolçuların olduqca yaxşı oynaması məni xoşbəxt etdi. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Oyundan həzz aldım.
- Nəticəni ədalətli sayırsınız?
- Onlar da real qol şansı yaratdı, biz də. Rəqib topla daha çox oynadı, amma ən yaxşı durum bizdə idi.
- Yeni oyunçulardan məmnunsuz?
- Bəli. Brayn Brounla Rron Broxa oyuna əla qoşuldu və bizə dəstək oldular. Tapşırıqları yaxşı yerinə yetirdilər.
- Bakıda mərhələ adlamağa ümid edirsiniz?
- Bu nəticəyə baxsaq, hər şey açıq qalır. Əlbəttə, Bakıda çox çətin olacaq. Əlimizdən gələni edəcəyik. Uğur qazanacağımıza ümid edirik.
- Komandanın hücumlara daha çox futbolçu ilə qoşulması lazım deyil?
- Əlbəttə, daha yaxşısını etmək üçün görəcək işlərimiz var. Bu gün topa yaxşı nəzarət edən rəqiblə üz-üzə idik. Bu da işimizi çətinləşdirirdi.
saytlarin hazirlanmasi