Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyada “Partizani” ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın UEFA əmsalına 0,125 xal əlavə edib.
Sportal.az xəbər verir ki, yeni mövsümün ilk qazancı ilə ölkənin son 5 mövsüm üçün ümumi xalı 15,500-ə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır.
Mövqeyi dəyişməyən Azərbaycan 25-ci pillədə olan Qazaxıstandan 0,750 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 14,625 xalı var.
saytlarin hazirlanmasi