"Keşlə" monteneqrolu futbolçunu transfer etdi

12:23 - 11 İyul 2019

"Keşlə" növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb.  Monteneqrolu müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

 

30 yaşlı futbolçu Monteneqronun “Rudar”, Belçikanın “Sportinq Şarleroi” və “Vasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Dirmot komandalarında çıxış edib. Onun son klubu "Uypeşt" olub.

 

"Keşlə" daha öncə Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov, İlkin Qırtımov, Stanislav Namaşko və Emin Mehdiyevi transfer edib.

Xəbər xətti