"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev Sportal.bg saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu Çempionlar Liqasındakı hədəfləri barədə danışıb:
"Baş məşqçimiz və klub olduqca iddialıdır. Son illər komandanın Avropadakı çıxışı bunun göstəricisidir. İki il öncə komanda ÇL-in qrup mərhələsində çıxış edib. Yenidən buna nail olmaq istəyirik. Bu, mümkündür. Çünki klubda hər şey peşəkar şəkildə idarə edilir. Son altı ildə komanda Avropada uğurlu nəticələr qazanır".
Slavçev Portuqaliyanın "Sportinq" klubundakı karyerası barədə bunları deyib:
"Sportinq"də yaşadıqlarım uzun hekayədir. İnsanlar pərdə arxasında nələr yaşandığından xəbərsizdir. Bəzi şeyləri gördüm, şans qazana bilmədim. Detallarına kimi danışmağın mənası yoxdur".
Yarımmüdafiəçi Azərbaycan və Bolqarıstan futbolunu müqayisə etmək istəməyib:
"Bu mövzu barədə fikir bildirmək istəmirəm".
Bolqarıstan millisinin üzvü gələcək planları barədə fikirlərini açıqlayıb:
"Hazırda özümü ölkə xaricində sınamaq və yaxşı karyera qurmaq istəyirəm. Gələcəkdə nələr olacağı bəlli deyil. Lakin xarici klublarda oynamağın müsbət məqamları daha çoxdur".
Ağdamlıların futbolçusu may ayında AÇ-2020-nin seçmə mərhələ oyunları üçün Bolqarıstan millisinə dəvət almaması barədə fikirlərini bölüşüb:
"Buna təəccüblənmədim. Azərbaycanda çempionat mayın 12-də başa çatdı. Milli komanda isə ayın 29-da toplanışa başladı. Bu, sadəcə fiziki formanızı qoruya biləcəyiniz uzun zamandır. Bu da pərdə arxasında olan məsələdir, amma açıqlama vermədim. Sağlam və formada qalmaq üçün çalışıram. Şərh verəcək adam mən deyiləm. Ağıılı və bacarıqsız insanlar bu barədə çox danışdı, ancaq reallıq budur.
Slavçev uzun və uğurlu karyera yaşamaq arzusunda olduğunu vurğulayıb:
"Xəyalım uzun və uğurlu karyera yaşamaqdır. Mən ingilis fuutbolunun azarkeşiyəm. Mənim ona yüngül toxunmaq və hissini yaşamaq fürsətim oldu. Özüm isə "Liverpul"un fanatıyam".
saytlarin hazirlanmasi