"25 milyon avro büdcəsi olan komandaya qarşı mübarizə aparırıq" - "Partizani"nin baş məşqçisi

10:01 - 15 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"ın qonağı olacaq Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda supersport.al-a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis oyunun hazırlığı barədə danışıb:

 

"Hazırıq. Azərbaycana getməmişdən öncə daha bir məşqimiz var. Deyərdim ki, hər şey yolunda gedir. İlk oyunu analiz etdik. Vacib anları, top bizdə olarkən etdiyimiz hərəkətləri təhlil etdik. Top rəqibdə olarkən necə etməliyik və ya əksinə. Vacib nəticələr çıxardıq və özümüzə güvənirik. Komandadan çox məmnunam. Ancaq daha çox çalışmalı olduğumuz nöqtələr var. Yeni gələnlər hələ ən yaxşı vəziyyətdə deyillər, ancaq formalarına düşsələr, daha çox silahımız olacaq".

 

Lerda mərhələ şansları barədə fikirlərini bölüşüb:

 

"Oyuna hazır olmaq üçün günlərimiz var. Futbolçuların necə formada olacağını görəcəyik. İnancımız var. Böyük ümidlərimizin olduğunu söyləyə bilmərəm. 25 milyon avro büdcəsi olan komandaya qarşı mübarizə aparırıq. Avrokubokların qruplarında oynamağa alışmış komandadan bəhs edirik. Ancaq futbolda hər şey ola bilər".

 

Albaniyada keçirilmiş ilk oyunda hesa açılmayıb. Cütün cavab oyunu iyulun 17-də, "Dalğa Arena"da keçiriləcək.

Xəbər xətti