Növbəti dəfə Bakıya gəlir - "Qarabağ"ın oyununu idarə edəcək hakim

17:54 - 15 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Partizani" (Albaniya" cavab görüşünü Dumitru Muntyanunun başçılıq etdiyi Moldovadan olan hakimlər briqadası idarə edəcək.


Sportal.az xəbər verir ki, ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.

 

34 yaşlı referi 2013-cü ildən FIFA referisidir. 

 

Muntyanu 2016-cı ildə "Dalğa Arena"da Azərbaycanın U-21 millisinin Farer adalarıyla qarşılaşmasını (1:1) idarə edib. Yığmanın yeganə qoluna Mahir Emreli imza atmışdı.

 

Moldovalı hakim UEFA Gənclər Liqasında "Qəbələ"nin Rusiyada "Dinamo"ya (Moskva) 0:5 hesabıyla uduzduğu görüşdə də ədalət təmsilçisi olub.

 

Muntyanu 37 beynəlxalq oyun idarə edib. O bu görüşlərdə 6 penalti təyin edib, 148 sarı, 8 qırmızı vərəqə göstərib.

 

17 iyul 
Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunu

 

20:00 “Qarabağ” – “Partizani”
Baş hakim
: Dumitru Muntyanu
Yan xətt hakimləri: Vladislav Lifçiu, Andrey Bodean
Dördüncü hakim: Aleksandru Tean
Hakim-inspektor: Uilliam Yanq
UEFA nümayəndəsi: Maykl Foster
Təlim nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Bakı. "Dalğa Arena".

Xəbər xətti