"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubuyla iki illik müqavilə imzalayıb.
Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.
Keçid FIFA meneceri Vaqif Heydərlinin vasitəçiliyilə baş tutub.