"Qarabağ" haitili futbolçu Donald Geryeylə yolları ayırıb.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, haitili cinah futbolçusu klubla razılaşdırılmış vaxtdan sonra komandaya qayıtmayıb və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yollar ayrılmaq qərarı verilmişdir.
30 yaşlı futbolçu 2017-2019-cu illərdə Ağdam klubunda 55 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi