"Qarabağ" sabah saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubuyla qarşılaşacaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün Ağdam təmsilçisi Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.
Sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır.
saytlarin hazirlanmasi