"Everton"un sabiq futbolçusu "Qarabağ"da!

17:31 - 16 İyul 2019

"Qarabağ" növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Seneqal əsilli fransalı hücumçu Maqaye Qeyeni transfer edib. Klub tezliklə müqavilənin detallarını açıqlayacaq.

 

29 yaşlı futbolçu "Strasburq"un yetirməsidir. O, 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib. Maqaye ötən mövsüm "Osmanlıspor"da 25 oyuna 9 qol vurub. Futbolçu Fransanın aşağa yaş qruplarından ibarət yığmalarında və Senqalın U-23 millisinin şərəfini qoruyub.

 

Xəbər xətti