Tanınmış gürcü futbolçu 29 yaşında karyerasını başa vurdu

17:55 - 29 Aprel 2022

"Spartak" və Gürcüstan millisinin sabiq futbolçusu, vaxtilə gələcəyinə böyük ümidlər bəslənilmiş Jano Ananidze karyerasını 29 yaşında başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə gürcü futbolçu özü sosial şəbəkədə yazıb: "Sonsuz və izaholunmaz zədələr çox yorucu idi. Karyeram ərzində çox döyüşdüm, çox ağrılar yaşadım, dəfələrlə əməliyyat masasında oldum və təkrar-təkrar ayağa qalxıb özümün, azarkeşlərin sevinci üçün oynamaq gücümü, enerjimi əsirgəmədim. Bu, sizin dəstəyiniz sayəsində mümkün oldu. Buna görə həmişə minnətdar olacam sizə. Həqiqətən çox üzülürəm. Düşünürəm ki, artıq vaxtı çatıb".

Vaxtilə gələcəyinə böyük ümidlər bəslənilən Jano 2009-2019-cu illərdə “Spartak” forması geyinib. O, “Rostov”, “Krılya Sovetov”, “Anortosis”, “Rotor”, "Dinamo"(Tbilisi) klublarında oynadıqdan sonra mövsümə Batumi “Dinamo”sunda başlamışdı. 

Xəbər xətti