"Qarabağ"ın sabiq forvardı "Ayaks"a keçir

18:35 - 29 Aprel 2022

"Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon "Ayaks"a keçməyə hazırlaşır.

Sportal.az "Het Amsterdamsche Voetbal"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Amsterdam təmsilçisi ilə artıq razılıq əldə edib. Amma o, "Ayaks"ın 4-cü liqada çıxış edən həvəskar komandasında oynayacaq.

Hazırda Niderland üçüncü liqasında "İjsselmefohels" klubunda çıxış edən Pupon 2015/2016 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.

Xəbər xətti