Azərbaycan Kubokunda 2021/22 mövsümünün finalçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, 30-cu – yubiley mövsümündə finala ilk vəsiqəni “Qarabağ” qazanıb. “Qəbələ”ni yarımfinalın hər iki oyununda məğlub edən (3:1, 5:0) Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.
Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/17 mövsümündə finalda oynayan “Qarabağ” sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.
“Zirə” isə tarixində ilk dəfə finala yüksəlib. Qəsəbə təmsilçisi həlledici qarşılaşmada iştirak edəcək 18-ci komanda kimi tarixə düşüb.
