Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ağdam klubunu ölkə kubokunda 60-cı matça çıxarıb. 2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının yetirmələri 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb.
“Qarabağ” Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və yalnız 6 dəfə uduzub. Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.