Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası doğma meydanda “Oberhauzen”lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke 2” bu nəticədən sonra 41 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi