Rusiya I Divizionunda 35-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi “SKA-Xabarovsk” doğma meydanda “Fakel”lə qarşılaşıb. Matç Xabarovsk təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Kamran 46-cı dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə komandasınıın bərabərlik qolunu vurub. David Qarayev isə start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90+2-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub.
“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi