Avropa çempionatı: Heydərov finalda, Orucov üçün bürünc medal şansı

15:48 - 30 Aprel 2022

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib.

 

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə əldə edib.

Xəbər xətti