İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Udineze"nin müdafiəçisi Nahuel Molinanın xidmətində maraqlıdır. "Yuventus" və "Atletiko"nun da heyətinə qatmaq istədiyi 23 yaşlı sağ cinah müdafiəçisi üçün "topçular" İtaliya klubuna 25 milyon avro ödəməyə hazırdı.
Nahuel Molina "Udineze"yə 2020-ci ilin yayında "Boka Xunyors"dan keçib. Atgentinalı futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
