Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Ötən siyahıda 10-cu olan Şəhriyar Məmmədyarov 2759 xalla 1 pillə geriləyərək, 11-cı sıra qərarlaşıb. 2753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub. Siyahıya 2865 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
