Məşhur futbol agenti Mino Rayola dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə menecerin ailəsi açıqlam verib. 54 yaşlı futbol adamı müalicə aldığı xəstəxanada həyatla vidalaşıb.
Mino Rayola Erlinq Haaland, Zlatan İbrahimoviç, Matteys de Liqt, Canluici Donnarumma, Pol Poqba, Marko Veratti, Stefan de Vray, Hirvinq Lozano, Markus Türam, Moyze Kin, Donyell Malen, Emre Mor kimi futbolçuların meneceridir.
Qeyd edək ki, bir neçə gün öncə də onun ölüm xəbəri yayılmışdı. Lakin daha sonra futbol meneceri açıqlama verərək sağ olduğunu bildirmişdi.
