Mahir Emrelinin komandası səfər matçına çıxır

10:44 - 1 May 2022

Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) bu gün Xorvatiya çempionatında 33-cü turun oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi "Lokomotiva"nın qonağı olacaq. Ante Çaçiçin rəhbərlik etdiyi kollektivin əzəli rəqibinə qarşı oyunu Bakı vaxtı ilə 21:05-də başlayacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çiynində problem olduğuna görə bu matçda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

"Dinamo" hazırda 69 xalla birincidi.

1 may

​21:05. "Lokomotiva" - "Dinamo" 

Xəbər xətti