Seyidov "Dauqavpils"in qələbəsinin iştirakçısı oldu

11:15 - 1 May 2022

Latviya çempionatında 10-cu tura start verilib.

Sportal.az xəbər verir ki, U-21 yığmamızın üzvləri olan Asim Əlizadə və Şakir Seyidovun formasını geyindiyi "Dauqavpils" səfərdə "Tukums"la qarşılaşıb.

Matç qonaqların 1:0 hesablı qələbəsilə yekunlaşıb.

Seyidov matçın 68-ci dəqiqəsində meydana çıxdığı halda, Əlizadə bütün oyunu ehtiyat skamyada keçirib.

Hazırda "Dauqavpils" 15 xalla 5-ci pillədədi.

Xəbər xətti