"Atletiko"nun qapıçısı Yan Oblak komandasının Primeronun 34-cü turunda "Atletik"ə 0:2 məğlub olmasını şərh edib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, sloveniyalı qapıçı komandasının yaxşı oynamamasını belə şərh edib:
"Pis oynamağımız məni çox narahat edir. Bu, ümumi atmosferdə, ümumi əhval-ruhiyyədə özünü göstərir. Hələ qalib gəlməyə məcbur olduğumuz matçlarımız var. Qalan oyunlarda qalib gələrək Çempionlar Liqasına yollanmalıyıq".
Xatırladaq ki, 34-cü turda səfərdə Bilbao klubuna uduzan "Atletiko" hazırda 61 xalla 4-cü pillədə qərarlaşıb.
