İsveçrəli paytaxt klubunun kapitanı olmaq istəyir

14:43 - 1 May 2022

"Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka yenidən London klubunun kapitanı olmaq istəyir.

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan isveçrəli futbolçu ona veriləcək növbəti şansdan yararlanacağını bildirib:

"Mən heç vaxt "heç vaxt" demirəm. "Arsenal"da kapitanlıq sarğısını daşısam da, adi oyunçu olsam da, hər zaman liderlik etməyə çalışıram. Sabah kimsə gəlib mənə kapitanlıq təklif etsə, təbii ki, buna yox deməyəcəm. Yenidən kapitan olmağa hazıram".

Xəbər xətti