Qazaxıstan Premyer Liqasında 9-cu tura start verilib.
Sportal.az xəbər verir ki, Emil Balayevin formasını geyindiyi "Turan" "Astana"nın qonağı olub.
Balayevin komandası güclü rəqibi ilə səfərdə 3:3 oynayıb. Millimizin qolkiperinin adı iştirak ərizəsinə daxil edilsə də, yeni komandasında debüt etməyib.
Türküstan təmsilçisi ölkə çempionatında 8 xalla 11-ci pillədə qərarlaşıb.
