"Napoli"dən "Mançester Yunayted"ə?

16:11 - 1 May 2022

"Mançester Yunayted" "Napoli"nin forvardı Viktor Osimhenin transferini bitirməyə yaxındı.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, afrikalı forvardı Mançester klubu ilə yanaşı "Arsenal" da heyətinə qatmaq üçün mübarizə aparır.

2020-ci ildən “Napoli”də oynayan nigeriyalının klubla 2025-ci ilin yayına qədər müqaviləsi qüvvədədi. "Qırmızı şeytanlar"ın yayda Neapol klubuna lazım olan transfer məbləğini ödəyərək forvardı heyətinə qatacağı iddia edilir. 

Xəbər xətti