Superliqaya vəsiqə qazanan iki komandanın adı məlum oldu

19:00 - 1 May 2022

Türkiyə Superliqasına vəsiqə qazanan iki komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, birinci liqada mübarizə aparan “Ankaragücü” və “Ümraniyespor” 2022/2023 mövsümündən Superliqada mübarizə aparacaq.

“Ankaragücü” evdə “Samsunspor”la 0:0 oynayaraq aktivindəki xalların sayını 67-ə yüksəldib. “Ümraniyespor” isə “Balıkəsirspor”u 4:1 məğlub edərək Superliqaya yüksəlməyə haqq qazanıb.

Sonuncu komandanın adına isə pley-off mərhələsindən sonra məlum olacaq.

Xəbər xətti