Türkiyə birinci divizionunda növbəti yurun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, 38-ci turda millimizin üzvü Namiq Ələsgərovun formasını geyindiyi "Bursaspor" "Manisa"nın qonağı olub.
Matç Ələsgərovun komandasının 3:1 hesablı qələbəsilə sona çatıb. Meydana start heyətində çıxan Namiq fasilədən sonra əvəzlənib.
Hazırda "Bursaspor" 38 xalla 17-ci pillədədi.
