Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, EKOL "Neftçi"yə qalib gəlib.
"Araz" isə "Baku Fire"dan güclü olub.
Yüksək Liqa
Pley-offun ilk oyunları
1 may
EKOL – Neftçi İK 2:0
Qollar: Namiq Məmmədkərimov, 8:33. Emin Kürdov, 12:26.
Araz (Naxçıvan) – Baku Fire 9:3
Qollar: Maneka, 0:07; 2:17. David Qustavo, 1:34; 37:44. Felipinyo, 2:32. Xətai Bağırov, 21:28. İsa Atayev, 28:57. Fərid Ələkbərov, 30:58. Ramiz Çovdarov, 33:51 – Elvin Quliyev, 32:42; 36:04; 38:31.
Xatırladaq ki, seriyada ikiyə çatan komanda finala adlayacaq.
