"Turan"ın baş məşqçisi Emil Balayev haqda: "O, peşəkar olduğuna görə, hər şeyi başa düşür"

20:53 - 1 May 2022

"Turan"da Vladimir Qazzayevin gedişindən sonra komandaya müvəqqəti baş məşqçi təyin edilən Kuanış Kabdulov Qazaxıstan mətbuatına açıqlamasında Emil Balayev haqda danışıb.

Sportal.az xəbər verir ki, "kazfootball.kz"a danışan mütəxəssis millimizin qolkiperinin hələ də debüt etməməsinə toxunub:

"Emil özü də başa düşür ki, komandaya gələndə zədələndi və bir ay ərzində bərpa prosesi keçdi. Gənc futbolçumuz Tokotayeva gəlincə, o, 4 oyunda qapısını toxunulmaz saxlaya bilib. Heç bir şikayət yoxdur. Emil Balayev peşəkar olduğuna görə, hər şeyi başa düşür".

Xəbər xətti