Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" səfərdə "Lokomotiva"nın qonağı olub. Matç 1:1 hesabıyla başa çatıb.
Mahir də bu matçda iştirak edib. Start heyətdə meydana 25 yaşlı çıxan hücumçu 63-cü dəqiqədə əvəzlənib.
"Dinamo" hazırda 70 xalla birinci pillədidir.
saytlarin hazirlanmasi