Əliyar Ağayevin idarə etdiyi oyunda "Panatinaykos" qalib gəldi

11:52 - 2 May 2022

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında oyun idarə edib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hakim çempionluq qrupunun 6-cı turu çərçivəsində baş tutan "Panatinaikos" - "Aris" matçında ədaləti qoruyub. Ona yan xətt hakimləri hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Əliyar Ağayev qonaqların futbolçusu Kamaraya qırmızı vərəqə göstərib. Bundan başqa o, "Panatinaikos"un 3, "Aris"in isə 1 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.

 

Bu qələbə sayəsində xallarını 54-ə çatdıran "Panatinaikos" turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. 53 xalı olan "Aris" isə 4-cü yerdədir.

Xəbər xətti