Futbol üzrə Polşa çempionatında XXXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) səfərdə “Termalika” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Plotsk “Visla”sı 31 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.