Millimizin üzvü: "Hamıdan üzr istəyirik"

13:03 - 2 May 2022

Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" Almaniya II Bundesliqasını tərk edəcək.

 

Sportal.az xəbər verir ki, komanda 32-ci turda "Darmştadt"a 0:6 hesabı ilə məğlub olduqdan sonra III Bundesliqaya düşəcəyi dəqiqləşib. Matçdan sonra açıqlama verən Nazarov məyus olduqlarını bildirib:

 

"Hətta Regional Liqada belə səhvlər cəzalandırılır. Hamıdan üzr istəyirik. Hər bir səhvin cəzası var. Biz II Bundesliqada qalmaq üçün çox çalışdıq, ancaq alınmadı". 

Xəbər xətti