"Barselona"nın futbol departamentinin rəhbəri Mateu Alemani yayda kluba transferi gündəmdə olan Robert Levandovski haqda danışıb.
Sportal.az xəbər verir ki, klub funksioneri "Bavariya"nın forvardı ilə görüşmədiyini bildirib:
"Görüşlər haqda danışmıram. Ümumiyyətlə mən danışıqlar prosesini müzakirə etməyi xoşlamıram. Yalnız onu deyə bilərəm ki, Levandovskinin meneceri ilə görüş baş tutmayıb".
Robert Levandovski cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 44 oyunda 40 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
