Çexiya 2-ci divizionunda 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya Jijkov" səfərdə “Jihlava” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsiylə sona çatıb.
Nəbiyev bu matçda iştirak etməyib. Onun adı oyununun iştirak ərizəsinə daxil edilməyib.
"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında turnir cədvəlində sonuncu - 16-cı pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.