"Neftçi"nin qolkiperi "Zirə" ilə oyun haqda: "Şans bizim tərəfdə deyildi" - FOTO

14:20 - 2 May 2022

"Neftçi"nin qolkiperi İvan Brkiç instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın xorvatiyalı kiperi ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə"yə qarşı cavab oyunundakı uğursuzluq haqda yazıb. Brkiç finala çıxa bilməməklərini bu cür ifadə edib:

"Bunu qəbullanmaq çətindi. Amma biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə bu dəfə şans bizim tərəfdə deyildi".

 

 

 

Xəbər xətti