"Çelsi"nin futbolçusu Ris Ceyms karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə "Real" klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid təmsilçisinin rəsmiləri yaxın zamanda müdafiəçi və klubu ilə danışıqlara başlayacaq. "Real"ın baş məşqçisi Karlo Ançelotti Ceymsin komandaya cəlb edilməsini istəyib.
Bu mövsüm "Çelsi" ilə 34 oyunda 6 qol, 7 məhsuldar ötürmə edən Risin klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
