"Real" - "Mançester Siti" oyununda italyanlar

16:24 - 2 May 2022

Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA qarşılaşmanı Deniele Orsatonun başçılıq etdiyi ədalət təmsilçilərinə həvalə edib.

Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək. Massimilyano İrati və Paolo Valeri VAR otağında yer alacaq.

​Mayın 4-də keçiriləcək "Real" - MS oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk matçda ingilislər 4:3 hesablı qələbə qazanıb.

Xəbər xətti