Millimizin qapıçısının adı sifariş ərizəsinə düşmədi

18:14 - 2 May 2022

Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin şərəfini qoruduğu "Torpedo" növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi "Qazprom Yuqra"ya qarşı keçirilən üçüncü matçdan məğlub ayrılıb.

Hüseynlinin komandası 3:9 uduzub. Millimizin qapıçısı oyunun sifariş ərizəsinə düşə bilməyib. Tərəflər arasında dördüncü görüş sabah keçiriləcək.

Reqlamentə əsasən komandalardan biri üç qələbə qazanmalıdı.

Xəbər xətti