Mançester nəhəngləri ingilis futbolçu üçün üz-üzə gəldi

20:36 - 2 May 2022

"Sauthempton"un yarımmüdafiəçisi Ceyms Vard-Provs İngiltərə nəhənglərinin transfer siyahısına düşüb.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" 27 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir.

 

Mövsümün sonunda Nemanya Matiç və Pol Poqba komandanan ayrılacağı üçün "qırmızı şeytanlar" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır. Yeni mövsümdən MU-nu çalışdıracaq Erik ten Haq ingiltərəli oyunçunu komandasında görmək istəyir.

 

"Mançester Siti" isə Ceyms Vard-Provsa yayda ölkəsi Braziliyaya gedəcək Fernandinyonun əvəzləyicisi kimi baxır.

 

"Sauthempton" təcrübəli futbolçu üçün 75 milyon funt-sterlinq təzminat tələb edir. Edinson Kavani, Namanya Matiç və Pol Poqbanın ayrılığından sonra komandanın maaş büdcəsində xeyli azalma olacağına görə "Mançester Yunayted" Vard-Provs üçün tələb olunan məbləği ödəməyə hazırdı.

 

Ceyms Vard-Provs "Sauthempton"un yetirməsidi. Onun klubla 2026-cı ilin yayına kimi müqaviləsi var. İngilis oyunçu cari mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 39 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti