"Kəpəz" MOİK-lə bacarmadı - VİDEO

21:41 - 2 May 2022

Azərbaycan I Divizionuda XXIV turun oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, "Kəpəz" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

32 xal toplayan "Kəpəz" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. MOİK isə 35 xalla 5-ci yerdədir.

 

Kəpəz – MOİK 1:1
Qollar: 
Emil Qasımov, 2 – İsa Zeynallı, 70 (pen).

 

Xəbər xətti