Portuqaliya çempionatında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Millimizin forvardının komandası "Pakoş de Ferreyra" ilə qarşılaşıb. Renatın komandası rəqibi ilə 1:1 oynayıb.
Renat da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
Hazırda 27 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
