2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.
Sportal.az xəbər verir ki, İFFHS-in cədvəlinə minimum 12 qol vuran 44 futbolçu daxil edilib.
Kərim Benzema siyahıya başçılıq edir. Forvard Fransa millisi və “Real”da ümumilikdə 22 qol vurub.
İkinci pillədə Kilian Mbappedi. Onun da aktivində 22 qol var. Sadəcə olaraq o, beynəlxalq matçlarda daha az qol vurduğuna görə ikinci pillədədi.
Üçüncü pillədə isə Robert Levandovskinin adını görmək mümkündü. Polşa millisinin və “Bavariya”nın hücumçusunun aktivində 20 qol vurub.
